background img
banner

Içərisində qan parçası olan yumurtanı yemək olarmı?

Increase text size Decrease text size

Ən çox rast gəlinən hadisələrdən biri də, yemək hazırlayarkən yumurtanın daxilində görülən qan parçasıdır. Bu cür halla demək olar ki, bir çox insan qarşılaşıb. Belə isə, bu cür halla qarşılaşanda nə etmək lazımdır? Bu qan ləkəsi fiqh cəhətindən pak hesab edilir, yoxsa yox? İlk əvvəl bu barədə alimlərin fikirlərini gözdən keçirək:
Nasir Məkarim Şirazi: Vacib ehtiyata əsasən, toyuq yumurtasındakı qan murdardır və onu yemək haramdır.
Seyid Sistani: İçərisində qan zərrəsi olan toyuq yumurtasının sarısından çəkinmək ehtiyat müstəhəbbdir.
Fazil Lənkərani: Yumurtаnın içindә оlаn qаn nәcis dеyildir, аmmа еhtiyаt-müstәhәbbә görә оndаn ictinаb еtmәk lаzımdır.
Seyid Xamenei: Yumurtada görünən qan pakdır, lakin onu yemək haramdır.
Vəhid Xorasani: (Bəzən) Yumurtanın sarısında olan qanın yeyilməsi
haramdır və ehtiyata əsasən, nəcisliyinə hökm olunur.
Yekun nəticə kimi belə bir qənaətə gələ bilərik ki, əgər qan yumurtanın sarı və ya ağ hissəsinin tərkib hissəsi sayılsa yumurtadan çəkinmək lazımdır. Əgər qan ləkəsi bu iki hissədən sayılmadan özünün əlavə örtüyü ilə yumurtanın içində olarsa, onu bir vasitə ilə oradan ayıraraq kənara atıb, yumurtadan istifadə edə bilərik. Lakin o qan parçasını yeməmək lazımdır.

Fərid.

Tarix : 2016-10-08Baxış sayı : 69