background img
banner

Müxtəlif dillərdə namaz qılmaq düzgündürmü?

Increase text size Decrease text size

Nə üçün dünya müsəlmanları namazlarını öz ana dillərində qıla bilməzlər?

İlahi hökmlərin xüsusi kriteriyaları var. Yəni, bir hökmün zərurət və vacibliyi lazım və qəti bir hikmətə görədir. Bizim bu hikmətə (əbədi səadətimizə mühüm və qəti təsiri var) laqeyd yanaşmaq haqqımız yoxdur. Əgər bir iş haramdırsa, güzəştə gedilə bilməyəcək dərəcədə zərəri var və yeganə çarə onu tərk etməkdir. Ağıl və düşüncəmiz bir hökmün vacib və ya haram olma kriteriyalarını hər dəfə anlamaq iqtidarında deyil. Çünki bu hökmlər insan düşüncəsinin fövqündə dayanan vəhydən qaynaqlanır.

Namazı Ərəb dilində qılmaq ilahi hökm və əmrlərdən biridir. Onun faydaları olduğunu və bu zəruriliyinin böyük bir hikmətdən xəbər verdiyini ümumi şəkildə bilməyimizə baxmayaraq, hökmün əsl səbəbini əldə etməyi bacarmırıq. Kiçik bir misal çəkək: Fərz edək, uzaq bir məqsədə çatmaq üçün təyyarəyə minirsiz. Bu halda siz təyyarənin kəmiyyət və keyfiyyəti, həmçinin ona aid cihazlar barədə məlumatsız olduğunuza baxmayaraq məqsədinizə çatırsız, Bəzi hökmlərin kəmiyyət və keyfiyyət səbəblərindən xəbərsiz olmağımızdan, onun fəlsəfəsini anlaya bilmədiyimizdən asılı olmayaraq o, bizi məqsədimizə çatdıracaq.

 

Hazırldı: Fərid Abdullah

Tarix : 0000-00-00Baxış sayı : 83