background img
banner

Zəng və ya SMS vasitəsilə təlaq prosesini icra etmək olarmı?

Increase text size Decrease text size

Müasir zamanımızda bəzi hüquqi məsələləri zəng və ya sms yolu ilə həll etməyə çalışırlar. Görəsən, Təlaq (boşanma) yolunu sms vasitəsilə həll etmək olarmı?

İslam hüququna görə, təlaq vermək səlahiyyəti kişinin öhdəsinə düşür (Qadının təlaq barəsində öhdəçiliyi barədə keçən məqalədə yazmışıq). Təlaq verən kişinin verdiyi təlaq bir neçə şərt olduğu təqdirdə düzgündür:

1. Ağılı başında olmalıdır. Bunun əksi dəlilik və s. hallardır ki, gərək təlaq verən kişi təlaq verərkən ağılı başında, bir sözlə şüurlu şəkildə işə əncam çəkməlidir.


2. Şəri öhdəçilikləri yerinə yetirmək üçün, İslam dininin onun üçün təyin etdiyi yetkinliyə çatmalıdır, həddi-büluğ olmalıdır.

3. Həyat yoldaşını ixtiyari sürətdə boşadığı təqdirdə təlaq düzgündür. Zarafat, ikrah və ya məcburiyyət şəkilində boşanmaq düzgün sayılmır.

Qadın üçün də bir neçə şərt vardır:

1. Əri ilə daimi nikahda olmalıdır. (Müvəqqəti nikahda təlaq yoxdur)

2. Heyz (aybaşı) və nifas (doğuşdan sonra qadının gördüyü qan) halından pak olmalıdır. Belə olmadıqda təlaq oxunulsa batildir.

Oxunan təlağın da bir neçə şərti vardır:

1. Bunun üçün nəzərdə tutulan təlaq forması düzgün şəkildə oxunulmalıdır.

2. Deyiliş, ləfz, kəlmələr sayəsində oxunulmalıdır. Yazı, işarə ilə təlaq oxumaq düzgün deyildir. Əgər kəs danışıq qüsuruna malikdirsə və ya laldırsa onun hökmü başqadır.

3. Təlaq iki ədalətli şahidin (iki kişi) qarşısında oxunulmalıdır.

Əgər arvadını boşamaq istəyən kişi təlaq prosesini SMS yolu ilə həll etmək istəyirsə, bunun bir faydası yoxdur. Çünki təlaq dillə oxunmalı, üstəlik iki adil şəxsin hüzurunda olmalıdır. Qadının bu prosesdə iştirak etməsi şərt deyil. Bu məsələ fiqhdə "İqaat" babında müzakirə olunur. Ətraflı məlumat almaq istəyənlər bu mövzuda mütaliə edə bilərlər. Yəni, bu məsələ ər və ya onun vəkili tərəfindən həll olunur.

Əlbəttə təlaq prosesinin icra olunmasından sonra ər və ya başqa birisi bu barədə boşanmış qadını SMS və ya bu qəbil vasitələrlə xəbərdar edə bilər.

Bu barədə alimlərin nəzərinə müraciət edək:

Şeyx Nasir Məkarim Şirazi SMS vasitəsilə boşanma prosesinin aparılmasını kifayətedici hesab etmir.

Şeyx Məhəmməd Fazil Lənkərani isə təlağın ona məxsus şərtlər daxilində icra olunmasını zəruri hesab edir.

Şeyx Məhəmmədtəqi Behcət təlağın iki ədalətli şahidin önündə olmaqla yanaşı digər şərtlər də daxil olmaqla icra olunmasını zəruri hesab edir.
 

Hazırladı: Fərid Abdullah.

Tarix : 2016-10-08Baxış sayı : 75