background img
banner

Müstəhəb səcdə zamanı səcdənin şərtlərinə riayət etməliyikmi?

Increase text size Decrease text size

Müstəhəb səcdə zamanı namaz səcdəsinin bütün şərtlərinə riayət etmək lazımdırmı?

Müstəhəb səcdələrdə ("Aşura ziyarəti"nin səcdəsi kimi) namaz səcdəsi üçün gərəkən şərtlərə riayət etmək lazımdırmı? Belə bir səcdəni möhürsüz yerinə yetirmək olarmı?

İnsan yerinə yetirdiyi müstəhəb səcdə zamanı adi səcdənin qaydalarına riayət etsə kifayətdir. Yəni vacib səcdənin şərtlərinə riayət etməsinə gərək yoxdur. Amma alının möhürə qoyulub-qoyulmamasının zəruriliyi barədə fəqihlər müxtəlif fikir söyləmişlər. Fəqihlərdən bəzisi (Seyid Xamenei və Seyid Sistani) müstəhəb səcdə zamanı alının möhür və ya üzərinə səcdə edilməsi icazəli olan şeylərə qoyulmasını zəruri hesab etmir, lakin bəzi fəqihlər (Şeyx Nuri Həmədani və Şeyx Məkarim Şirazi) alının möhür və ya onu əvəzləyəcək şeyin üzərinə qoyulmasını zəruri hesab edir. Bəzi fikirlərə diqqət yetirək:

1. Müstəhəb səcdədə vacib səcdə üçün qeyd edilənlərə riayət etmək lazım deyil, möhür və ya alının onun üzərinə qoyulması düzgün hesab edilən şeylərə səcdə etməyə gərək yoxdur. (Seyid Əli Xamenei)

2. Bu cür səcdələrdə səcdənin bütün şərtlərinə riayət etmək lazım deyil, amma üzərinə səcdə edilməsi doğru sayılan şeyə səcdə etmək gərəkdir. (Şeyx Məkarim Şirazi)

3. Xeyr, səcdə düzgündür. (Seyid Sistani)

4. Səcdə bizim üçün "Ma yəsuhhu əleyhis-sücud" (Üzərinə səcdələrin edilməsi düzgün olan şey) olmalıdır, Ancaq sair şərtlər zahirən lazım deyil. 

Hazırladı: Fərid Abdullah.

Tarix : 2016-10-08Baxış sayı : 69