background img
banner

Qadınlar hansı hallarda cənabət qüslu almalıdırlar?

Increase text size Decrease text size

Əgər qadın yuxusunu qarşıdırarsa, ona cənabət qüslu vacib olurmu? Ümumiyyətlə xanımlara hansı hallarda cənabət qüslu düşür?

Cənabət iki yolla boyuna gəlir:
1. Məninin (sperma) gəlib-gəlməməsindən asılı olmayaraq cinsi yaxınlıq;
2. Məninin gəlməsi (cinsi münasibət olmasa belə), istər yuxuda olsun, istər oyaq halda olsun; istər çox olsun, istər az olsun; istər şəhvətlə gəlsin, istər şəhvət olmasan; istər icbari şəkildə olsun, istər ixtiyari. ("Məracenin tovzihil-məsaili", məsələ 345; Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məsələ 351; Şeyx Nuri Həmədani, "Tovzihul-məsail", məsələ 346 və Seyid Əli Xamenei "Əcvibətul-istiftaat", Cənabət qüslunun hökmləri)

Əksər fəqihlərin fikri budur ki, qadından gələn rütubət, şəhvətlə yanaşı gələrsə (orqazm və cinsi ləzzət zirvəsi həddində) məni hökmündədir və cənabət qüslu alması gərəkdir. ("Məracenin tovzihul-məsaili", c.1, s.208, m.346)

Buna əsasən hər cinsi yaxınlıqdan sonra məninin gəlib-gəlməsindən asılı olmayaraq, kişi və qadın cənabət qüslu almalıdırlar.

Belə nəticəyə gəlmək olur ki, şəhvətamiz yuxu görən qadından maye gəldiyi təqdirdə, cənabət qüslu almalıdır.

 

Tərtib etdi: Fərid Abdullah

Tarix : 2016-10-08Baxış sayı : 72