Nə üçün namaz ərəb dilində qılınmalıdır?
Allah rəsulu və bütün müsəlmanlar namazı ərəb dilində qılıblar. Bu "siratul-musliminə cəmiən" sayılır. Sual vermək olar ki, nə üçün fars, ingilis, fransız, monqol, afrikalı və s. müsəlmanlar namazı öz dilləlirndə qılmırlar? Nə üçün Azərbaycanda bir dəstə iddia edir ki, namaz məhz fərdin ana dilində qılınmalıdır?
Birinci dəlil: Namazda Quran surələrindən oxumaq gərəkdir. Yəni onun əvəzinə başqa bir şey və ya dua oxuna bilməz. Yalnız 3 və 4-cü rəkətləri çixmaq şərtilə, mükəlləf "Fatihə” surəsi ilə təsbihat-ərbəəni oxumaq arasında ixtiyar sahibidir.
İkincisi dəlil: Əgər Quran surəsi oxunmalıdırsa, o zaman, Quranın tərifi nədir? Haradan bilər bilək ki, oxuduğumuz Qurandan sayılır ya yox?
Gəlin, Qurani-kərimin tərifinə baxaq. Quranin tərifi:
وحي منزل على قلب رسول الله و المكتب في المصحف لفظا و معنا و أسلوبا
Üçüncü dəlil: Azərbaycan dilinə çevrilmiş tərcümələr nə məna, nə ləfz, nə də üslubi cəhətdən Quran hesab edilmir və onu vəhy adlandırmaq olmaz. Buna görə də, namazda surəni ana dilində oxumağın Quranla bir aidiyyatı olmur. Tərcümələr Quranın hökmünü daşımır. Onlara dəstəmazsız əl vurmaq olar və s. Bu kimi şeylər sübut edir ki, tərcümə Qurandan sayılmır.
Yuxarida deyilən sübutu Quran ayələri ilə də təsdiqləmək olar. "Biz Quranı Ərəb dilində nazil etdik” və s. ayələri buna misal çəkə bilərik.
Allah-taala bəzən bizdən bir şeyi tələb edərkən onun səbəbini də deyir. Namaza geldikdə isə, onun insanları pisliklərdən çəkindirdiyini bildirir. Əgər namazı bunun üçün vacib edibsə, o zaman belə bir sual meydana çıxır: Əgər insan namaz qılmadan pisliklərdən çəkinə bilərsə namaz qılmalıdırmi? Şübhəsiz ki, bunu deyə bilməz. Çünki, Allah-taala o hədəfi yerinə yetirmək üçün onun müqəddiməsi sayılan namazı tələb edir. Əmr namazın özü ilə bağlıdır, onun hədəfi səbəb və hikmət deyildir. Deməli müsəlmanlara olunan əmr namazdır.
Bizim dildə namaz qılmağa gəldikdə isə, insanın hədəfi icra etməsinə baxmayaraq, ondan tələb olunan namaz Ərəb dilindədir. Məhz bu səbəbdən alimlər deyir ki, namaz, oruc təbbüd və tövqifi sayılan işdir. Hər kim onları təşri (şəriətdə buyurulduğu kimi) kimi əda etsə, vacibi yerinə yetirmiş sayılır. Əks halda vacib onun boynundan götürülmür.
Atif İsmayılov