background img
banner

Namaz qılmayan kafirdirmi?

Increase text size Decrease text size

Quran məntiqinə əsasən, Allaha, mələklərə, peyğəmbərlərə, səmavi kitablara və  axirət gününə iman gətirmiş şəxs artıq müsəlman hesab olunur.  Bir qrup dinin bəzi  məsələlərini yerinə yetirməyən (namaz, oruc, zəkat vəs.) müsəlmanlara da kafir deyir. Gəlin, baxaq görək kafir kimə deyilir?

Kafir lüğətdə örtən (gizlədən) mənasındadır. Buna görə də əkin sahəsinə də kafir deyilir. Çünki dənəni torpaqda gizlədir. Həmçinin şükür etməyən bəndələri də kafir adlandırırlar. Çünki Allahın nemətlərini görməzlikdən gəlib, sanki, onların üzərini ört-basdır edir.

Lakin Quran və şəriət terminologiyasında isə kafir yuxarıda qeyd etdiklərimizi (Allahı, onun təkliyini, peyğəmbərləri, müqəddəs kitabları, mələkləri, axirət dünyasını) və dinin zəruri məsələrini (namaz , oruc, zəkat, həcc, xüms və s.) inkar edən şəxə deyilir.

Buna əsasən, namaz qılmayan şəxsin vəziyyətini iki cür qiymətləndirmək olar :

 

1. Namazı inkar edir və bilir ki, namazın inkarı Allahın, peyğəmbərlərin, məadın (ölümdən sonrakı həyat) və qiyamət gününün inkar edilməsi kimidir. Belə bir şəxs kafirdir. Risalələrdə kafirlər barədə yazılan hökmlər (nəcisdir və s. kimi) bu şəxsə də şamildir. Ayətullah Xamenei ona ünvanlanan"bəziləri dinin zəruri məsələlərini (oruc, namaz və s. kimi) inkar etsələr, kafir hökmündədirlər, yoxsa yox?" sualına belə cavab verir:

"Əgər dinin hər hansısa bir zəruri məsələsinin inkarı peyğəmbərliyin və İslam peyğəmbərinin inkarı  və yaxud da müqəddəs şəriətə nöqsan gətirməklə nəticələnərsə,  küfr və dindən çıxmağa bais olar". (Əcvibətul-istiftaat, səh/67, məsələ/336)

 

2. Namazı inkar etmir. Hərdən qılır, bəzən də özü üçün üzr olaraq gətirdiyi səbəblər görə namazı tərk edir. Lakin eyni halda Allahı, onun təkliyini, peyğəmbərləri, müqəddəs kitabları və axirət gününü qəbul edir, dinin zərurətlərini və o cümlədən də namazın vacib olmasını qəbul edir. Belə bir şəxs kafir deyil. Belə ki Ayətulah Xamenei bu sualın da cavabında belə buyurur: "

"Namazın, orucun və s. dinin zəruri məsələlərinin tənhalıqda tərk edilməsi müsəlmanın dindən çıxmasına, kafir və nəcis olmasına səbəb olmaz. Onun, həqiqətən də, mürtəd olması isbatlanmayınca (yəni akarda dinin zərurtlərini , Allahı, peyğəmbərləri, axrəti və s. inkar etməyincə) başqa müsəlmanlar kimidir və onların hökmü həmin şəxsə də şamildir (yəni pakdır, qanı, canı malı möhtərəmdir)." (Əcvibətul-istiftaat, səh/62-63, məsələ/315)

Buna görə də namazı bilərəkdən tərk edən şəxsi kafir qələmə verən hədislər birinci qismə aiddir. Əgər ikinci qismə də aid olsa belə, o zaman bu kafir ifadəsinn çatdırmaq istədiyi məna nemətlərə küfrdür, etiqad və əqidə məsələsindəki küfr yox.

 

Bəhruz Camal

Tarix : 2016-10-08Baxış sayı : 132