background img
banner

AŞURA günü oruc tutmaq olarmı?!

Increase text size Decrease text size

Sual:
AŞURA günü oruc tutmaq olarmı?! Deyilənə görə hədislərdə İmamlardan da Aşura günü oruc tutulması barədə hədislər var.

Cavab:
Bu barədə geniş izah üçün vaxtın azlığını nəzərə alaraq "Əhli-beyt əqidəsinin müdafiəçisi"adı ilə tarixdə məşhur olan Əllamə Məclisinin araşdırmasının yekununu nəzərinizə çatdırıram.
400-dən artıq qiymətli kitabın, o cümlədən 110 cildlik "Biharul-ənvar" kitabının müəllifi olan  Əllamə Məhəmməd Baqir Məclisi "Üsuli-Kafi" kitabına şərh olaraq yazdığı "Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul" adlı 27 cildlik nəfis əsərinində yazır:

والأظهر عندي : أن الأخبار الواردة بفضل صومه محمولة على التقية 
. وإنما المستحب الإمساك على وجه الحزن إلى العصر لا الصوم
كما رواه الشيخ في المصباح عن عبد الله بن سنان عن أبي عبد الله عليه السلام أنه 
قال صمه من غير تبييت وأفطره من غير تشميت ولا تجعله يوم صوم كملا ، 
وليكن إفطارك بعد ( 1 ) العصر بساعة على شربة من ماء ( 2 ) الخبر . 
وبالجملة : الأحوط ترك صيامه مطلقا

"Aşura gününün orucu ilə əlaqədar araşdırmanın nəticəsi budur ki, Aşura günündə oruc tutulmasını deyən cəmi bir neçə hədis var, o hədislərin hamısı təqiyyə (qorxu) halında söylənilmişdir. (Təqiyyə həyatın təhlükədə olan zamanında soruşulan sözdə həqiqəti gizlətməkdir.) (Qalan bütün hədislərdə Aşura günü oruc tutmaq qadağan edilir)
Müstəhəbdir ki, hər bir insan Aşura günündə öz qəm-qüssəsini nümayiş etdirmək məqsədi ilə günortadan sonrayadək yemək-içməkdən çəkinsin. Necə ki, Şeyx Tusi "əl-Misbah" kitabında Abdullah ibn Sənandan nəql edir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu: "Əgər Aşura günü oruc tutsan heç bir niyyət etmə (yəni eləcə ac qal) və əgər yemək yesən də heç bir niyyət etmə (yeməyi də qəm-kədərlə ye). Həqiqi orucu tutma. Oruc tutmuş (niyyətsiz ac qalmış) olsan günortadan sonra yeməyini ye. Hətta bir az su işməklə olsa belə aclığını sındır." və hədis davam edir.
Yekun budur ki, Aşura günü oruc tutmaq ümumiyyətlə (istər niyyətli, istər niyyətsiz) gərək tərk edilsin (tutulmasın). "

"Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul" 16-cı cild 361-ci hədis

 

Müctehidlərin hökmləri:
Bu Hökmlər "tözihul məsail" risalələrində Oruc hissəsində "haram və məkruh oruclar"fəslindədir.
Ayətullah Vəhid Xorasani: "Aşura günü vacib ehtiyata əsasən oruc tutmaq olmaz."
Ayətullah Lənkərani: "Aşura günü oruc tutmaq bəyənilmir, lakin yaxşı olar ki, insan əsr vaxtına qədər yemək və içməkdən çəkinsin."
Ayətullah Xamenei: "Aşura günü oruc tutmaq məkrhdur (bəyənilmir)."
Ayətullah Sistani: "Aşura gününün orucu məkruhdur" 1717-ci məsələ
Ayətullah Məkarim Şirazi: "Aşura gününün, habelə Ərəfə ya Qurban günü olmasında şəkk olan günün orucu məkruhdur." 1469-cu məsələ

 

Rza Əzizoğlu

Əxlaq Elmləri üzrə Tədqiqatçı

 

Tarix : 2016-10-08Baxış sayı : 2179