background img
banner

Xəyanəti kişilər edir yoxsa qadınlar?! (2)

Increase text size Decrease text size

Bəlkə də bu sual çoxlarını düşündürür ki, görəsən xəyanəti qadınlar edir yoxsa kişilər?! Bu suala cavab verməkdən ötrü gərək qadın və kişinin fitrəti, yaradılış strukturu barədə söz açaq.

Qadınlar ən çox himayə olunmağa meylli olduqları halda kişilər daha çox himayə etməyə meyllidirlər. Bu baxımdan kişilər adətən bu meyllərinə uyğun olaraq müxtəlif arqumentlərə əsaslanaraq daha çox qadını himayə etmək istəyirlər. Bu da kişinin instinktinə dayanır ki, idarə olunmaqdıqda sapmalara gətirib çıxara bilir.

Evdən kənarda məhəbbət axtarışı

Bəzi fərdlər ifrat cinsi meyllərinin təminatından ötrü ailələrinə xəyanət edirlər. Biz belə şəxslər barədə söhbət açmırıq. Bizim toxunmaq istədiyimiz mövzu meyllərini kontrol etməyi bacaran sağlam qadın və kişilərin ailə həyatı qurduqdan bir müddət sonra xəyanət etməsidir.

Hamımızın bir həmdəmi, munisinin olması, öz təbii meyllərimiz və tələbatlarımızı təmin etmək üçün evliliyə ehtiyacımız var. Evlilik zamanı kimsə ailəsindən başqa biri ilə əlaqə qurmaq barədə düşünmür. Lakin onların bir-birlərinə qarşı təbbi tələbatları ödənilmədikdə qadının və ya kişinin xəyanət etməsinə zəmin yaranır.

Sağlam ailə çərçivəsi daxilində həyat yoldaşı olaraq müştərək ailə həyatı yaşayan iki şəxsin bir-birlərinə qarşı olan ehtiyac və tələbatları təmin olunmadıqda fərdlər bu ehtiyaclarını evdən və ailədən kənarda təmin edəcəklər.

Əlbəttə elələri də var ki, ailəsində tələbatı təmin olunmadığı təqdirdə belə ailəsinə qarşı vəfadarlığı həddən artıq çox olduğundan öz həyat yoldaşına xəyanət etmir.

Deməli, xəyanətə səbəb olan mühüm amillərdən biri kimi fərdin həyat yoldaşı tərəfindən ehtiyaclarının ödənilməməsini qeyd edə bilərik. Bəzən də tələbat və ehtiyacların yalnış ödənilməsi də xəyanətə gətirib çıxaran səbəblərdən birinə çevrilir. Ona görə də həyat yoldaşının ehtiyac və tələbatlarının nəzərə alınması çox mühüm məsələdir.

Əgər qadın əri və yaxud da ər qadını ilə necə rəftar etmək lazım olduğunu, həmçinin intim münasibət zamanı bir-digərini nəzərə ala bilsə, belə bir şəraitdə onlardan hansınınsa xəyanətə yönəlmə ehtimalı da çox az olur.

Bəhruz Camal

Tarix : 2016-10-09Baxış sayı : 72