background img
banner

Məsxərə olunan 7 şey

Increase text size Decrease text size

İmаm Rzа (ә) buyurub: “Yеddi şеy məsxərə оlunur: 1. Dildә tövbә еdib әmәldә tövbә еtmәyәn şәхs; 2. Аllаhdаn uğur istәyib, tәlаş еtmәyәn şәхs; 3. Cәnnәt müştаğı оlub, bәlаlаrın vә çәtinliklәrin qаrşısındа sәbir еtmәyәn şәхs; 4. Cәhәnnәm оdundаn Аllаhа pәnаh аpаrаn, аmmа dünyаnın qеyri-şәri lәzzәtlәrini еdәn şәхs; 5. Ölümü хаtırlаyıb, оnа hаzır оlmаyаn şәхs; 6. Аllаhı yаd еdib, оnun görüşünә müştаq оlmаyаn; 7. Günаhı isrаr еdib, tövbә еtmәdәn Аllаhdаn әfv tәlәb еdәn şәхs.” (“Nәsаyih”, sәh. 272) 

Uğur qazanmaq istəyən şəxs bu yeddi əsas göstəriciyə diqqət etməlidir. Əgər fərd dünya və axirətdə nəyəsə nail olmaq istəyirsə özünə qarşı xüsusi diqqət göstərməlidir. İmam Rzanın qeyd etdiyi bu göstəricilərin təcəssümü əksər insanlarda müşahidə olunur. Uğur qazanmadığına, həyatda çarəsiz qaldığına görə şikayət edən insanlara diqqət edin. Demək olar ki, bu 7 xüsusiyyətdən birinin onlarda olduğunu görəcəksiz. Beləliklə, su quyusunun üzərində durub "Su, su, mənə su verin!" deyə haray salan insanlara düzgün yol göstərmək və ya özümüzün bu zümrədən olmamağımız üçün bu göstəricilərə diqqət etmək lazımdır. 

1. Dildә tövbә еdib әmәldә tövbә еtmәyәn şәхs; Bu gün ən çox izlənilən əməl göstəricisidir. Hər kəs tövbəni dilində hallandır, əməldə isə onu tərk etmir. Bu da onun göstəricisidir ki, günahın şirinliyi hələ də həmin insanın qəlbindədir. Ən üstün tövbə odur ki, insan törətdiyi əmələ görə peşman olsun. Törətdiyi günahı hər dəfə yadına salarkən xəcalət çəksin, bu günahın kəffarəsini ödəsin, haqqını tapdaladığı insanların haqqını ödəsin. Düzdür, ən üstün əməl insanın günaha yaxın durmamasıdır. Amma günahın dadı damağında qalan, lakin o günahı etmək istəməyən insan bacardığı qədər bu əməldən uzaq durmalıdır. Allah qarşısında bir daha günah işlərə mürtəkib olmayacağına dair söz verməli, sözünün üstündə durmalıdır. 

2 Аllаhdаn uğur istәyib, tәlаş еtmәyәn şәхs; Hər birimiz uğur istəyirik, arzu edirik. Demək olar ki, hər kəsin dualarında "uğur qazanmaq" ifadəsi müxtəlif çalarlarda işlədilir. Amma heç kəs bu yolda səy göstərmək istəmir. İnsana zəruri bir şey lazım olsa onu əldə etmək üçün səy göstərəcəkdir. Amma çox vaxt Allahdan istədiklərimiz demək olar ki, ehtiyac duyduğumuz deyil, ürəyimiz istəyən şey olur. Odur ki, uğur qazanan insan hədəfinə doğru gedən yolda hazırlıqlı olmalı və bacarıq göstərməlidir. 

3. Cәnnәt müştаğı оlub, bәlаlаrın vә çәtinliklәrin qаrşısındа sәbir еtmәyәn şәхs; Cənnətə düşmək kamil insanın yüksək dəyəridir. Lakin bu mükafat heç də asanlıqla əldə olunmur. Siz bu dünyada asanlıqla əldə olunan bir şey görmüsünüzmü? Əgər mümkün olsa belə, insan ona qarşı laqeydsiz olacaq, onu qorumağa meyilli olmayacaqdır. Lakin zəhmət və səy göstərməklə xeyir əməl görən insanlar bu əməli qorumağa çalışacaq və bəla, həmçinin müsibətə sinə gəlmək, səbir etməklə əldə edəcəkləri təkamülü düşünərək rahatlıq əldə edəcəklər. 

4. Cәhәnnәm оdundаn Аllаhа pәnаh аpаrаn, аmmа dünyаnın qеyri-şәri lәzzәtlәrini еdәn şәхs; İslam dünyasına baxın, demək olar ki, hər kəs Cəhənnəmdən Allaha pənah aparır, ora düşmək istəmir. Amma hər gün onu Cəhənnəmə yaxınlaşdıracaq əməlləri icra edir. Sanki, etdiyi günahların aqibətindən qorxmur. Zərərli bir qidanın bizi öldürəcəyini bilərək, onu qəbul etmək ağılsızlıq deyilmi? Sələmə pul vermək, zina, oğurluq etməklə insan "İlahi, Cəhənnəmdən sənə pənah aparıram" desə, bu yolla nicat və qurtuluş əldə edə bilərmi? 

5. Ölümü хаtırlаyıb, оnа hаzır оlmаyаn şәхs; Ölüm indiki zamanda iki halda yada düşür: 1. KİV vasitəsilə 2. Yas mərasimləri, qəbiristanlığa getməklə. İndiki zamanda ölüm haqqında düşünən varmı? Məgər səhər danışdığımız insanın axşama sağ çıxmaması xəbəri bizə gəlib çatmırmı? Əcəba, ölümün qəflətən gəlməsindən xəbərsiz olan birisi varmı? Elə isə bu səfərə hazırlaşmaqda insan nə üçün səfərbər olmur? Axı bu yol çox təhlükəlidir. Öldükdən sonra: "İlahi, axı mən çox işi çatdırmadım. Sonra edərəm deyə, onları təxirə saldım. Amma ölüm məni qəfil yaxaladı" deməsi məqul bir şeydirmi? 

6. Аllаhı yаd еdib, оnun görüşünә müştаq оlmаyаn; Hər bir işi zamanında yerinə yetirən kəsin bir şeydən qorxusu yoxdur. Çünki o, hər zaman ölümə hazırdır. Ona verilən qısa ömür müddətində özünü o qədər inkişaf etdirərək, kamala çatdırmışdır ki, dünyə ona zindan gəlir. Böyümüş ruhu bədəninə sığmır, o, Yaradanına qovuşmaq istəyir. Lakin, biz adətən Allahı işimiz düşəndən-düşənə xatırlayırıq. Məqsədimizə çatdıqdan sonra qəflətə sığınırıq. 

7. Günаhı isrаr еdib, tövbә еtmәdәn Аllаhdаn әfv tәlәb еdәn şәхs. Bəzən uğurumuzun günahda olduğunu düşünürük. Günahda israr etmək çox pis işdir. İnsanlar nədənsə özlərini pis insanlara oxşatmağa çalışırlar. "Mən bundan sonra yalan danışıb pis adam olacağam. Çünki, bu dünyada pis insanlar hörmətlidir" deyən insanları hər gün görürük. Axı nə üçün xeyirxahlıq və yaxşılığı hakim dairə etməyi heç kəs istəmir? Bu gün ard-arda günah işlədən, günahda israr edən insan Allahdan necə yardım uma bilər? Halbuki, tövbə etmək fikri yoxdur. 

Tövbə hər bir uğurun açarıdır. İnsan - onu hədəfə çatmağa qoymayan bütün maneələri (günahları) tərk etməli, uzaq durmalı və etdiklərinə görə tövbə etməlidir. Daha sonra ona vacib buyurulanları icra etməli, haram buyurulanlardan çəkinməlidir. Xeyir işlərini artırıb, onları göz bəbəyi kimi qorumalıdır ki, Axirət gününüə qədər bu əməl yükünü çatdıra bilsin. Yoxsa qəfil bir günah onu həm hədəfindən edəcək, həm də yükünü yüngülləşdirəcəkdir.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-10Baxış sayı : 68